Modern.az

Armen Qriqoryan yenidən Hindistana gedir

Armen Qriqoryan yenidən Hindistana gedir

Dünya

25 Avqust 2023, 11:03

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Avqustun 28-də baş tutacaq səfər çərçivəsində Qriqoryan Yeni Dehlidə Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Doval ilə görüşəcək.

 

Görüşün gündəliyi açıqlanmayıb. Bu, Qriqoryanın Hindistana bir ildən az müddətdə ikinci səfəridir. O, bundan əvvəl 2022-ci ilin noyabrında Hindistana səfər edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza