Modern.az

Müharibəyə qarşı çıxan aktyoru serialdan \"sildilər\"

Müharibəyə qarşı çıxan aktyoru serialdan \

25 Avqust 2023, 12:33

Rusiyanın “Kontakt” serialında Ukraynadakı müharibəyə açıq şəkildə qarşı çıxan aktyor Maksim Vitorqanın siması "dipfeyk"lə əvəzlənib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun özü sosial şəbəkələrdə məlumat verib.

 

Bu, serialın ikinci mövsümüdür və ilk obrazı canlandıran Vitorqan olub.

 

"Serialın yaradıcılarına məni oradan tamamilə çıxarmaq tapşırığı verildiyi barədə şayiələr də eşitdim, amma problemli oldu. Kifayət qədər böyük süjet xətti olan rol idi. Amma! Biz geri çəkilməyə öyrəşməmişik və "Qazprom"un puluna qənaət (bu texnoloji prosedur heç də ucuz deyil) böyük bədii və ideoloji qələbədir!", - aktyor bildirib.

 

O, obrazı Vitor Maksiqanın canlandırması barədə zarafatlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu