Modern.az

Sabiq nazir Nicat Quliyev həbs edildi

Sabiq nazir Nicat Quliyev həbs edildi

8 Avqust 2013, 21:58


Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub. Bu barədə məlumat verən mənbə virtualaz.org-a açıqlamasında deyib ki, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.

Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.

Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı