Sloveniya G7-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilib ki, buna görə Ukrayna prezidenti Volodimir Zelenski Sloveniyaya təşəkkür edib.
"Mən Sloveniya hökumətinə və şəxsən baş nazir Robert Qoloba Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulduqlarına görə minnətdaram. Ölkələrimiz bütün Avro-Atlantik icması kimi azadlıq və demokratiya kimi ümumi dəyərləri, eləcə də sülh və ədalət arzusunu bölüşürlər”, - Zelenski deyib.