Modern.az

Cəbrayıldakı partlayışla bağlı daha bir açıqlama

Cəbrayıldakı partlayışla bağlı daha bir açıqlama

Dünya

25 Avqust 2023, 13:23

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

 

Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

 

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza