Modern.az

"Qarabağ" Avropada zəfərini davam etdirdi - QƏLƏBƏnin VİDEOSU

"Qarabağ" Avropada zəfərini davam etdirdi - QƏLƏBƏnin VİDEOSU

Ölkə

8 Avqust 2013, 23:40

Avqustun 8-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

Modern.az-ın məlumatına görə, Avroliqadakı yeganə təmsilçimiz “Qarabağ” İsveçin “Gefle” klubu ilə üz-üzə gəlib. Bakıda keçirilən ilk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərə də qələbə dalınca getmişdi.

Bakı vaxtı ilə saat 22:00-da start götürən oyun “İdman-Azərbaycan” kanalı ilə yayımlanıb.

Qeyd edək ki, “Qarabağ” səfər oyununa itkilərlə yollanmışdı. Xüsusilə komandamızın aparıcı üzvü Riçard Almeydanın yoxluğu “Qarabağ”ı çətin vəziyyətə salmışdı.

Lakin “Qarabağ” çətin səfər oyunundan üzüağ çıxmağı bacardı və İsveçdə qələbə qazandı - 2:0

Komandamızdan qolları 41-ci dəqiqədə Cumbinyo və 50 dəqiqədə Reynaldo vurdu.

Bu qələbə sayəsində “Qarabağ” Avropa Liqasının “pley-off” mərhələsinə çıxıb...

***

“Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan) (İlk oyun – 0:1) - 0:2


"Gefle": 1. Mattias Huqosson (k), 3. Conas Olson, 4. Andres Vikström, 14. Jens Portin, 16. David Fallman, 7. Aleksandr Faltsetas, 8. Saymon Lundevall, 19. Markus Hanson, 9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 2. Olof Mard, 11. Sive Pekezela, 5. Zakaria Abdullai, 25. Yoahim Adukor, 20. Emil Bellander, 6. Par Asp,

"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 16. Corc Leroy, 70. Cumbinyo, 88. Uilrix Kapolonqo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 11. Nikolos Gelaşvili.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi