Fransanın Bonn şəhərində sürücülərin sürət həddini keçməməsi üçün “bədii” yol nişanları çəkiblər.
Modern.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
3 yolun kəsişdiyi bu ərazi sürücülərin 30 km/saat sürət həddində olan nişanlara məhəl qoymaması və 90-100 km/saata qədər sürət yığmasına görə şəhərin ən təhlükəli yerlərinin siyahısında ilk yeri tutub.
Dalğalı ağ xətlər çılpaq sürət qabarması işarələri ilə eyni işi görməlidir - sürücüləri təəccübləndirməli yavaşlatmalı.
Bu müasir sənət nümunəsi tamamilə qanunidir. Yerli sakinlərin şurası bu işarələrin yola çəkilməsinə səs verib.