Modern.az

Cəbhədə yenidən vəziyyət gərginləşib

Cəbhədə yenidən vəziyyət gərginləşib

9 Avqust 2013, 10:32

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəbhədə vəziyyət yenidən gərginləşib. Bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Eyni zamanda Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.
Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, Goranboy, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı