Modern.az

II Milli Qurama Festivalı Şamaxıda - FOTOLAR

II Milli Qurama Festivalı Şamaxıda - FOTOLAR

25 Avqust 2023, 16:38

II Milli Qurama Festivalı çərçivəsində Şamaxı İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Şamaxı Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Qurama yürüşü ilə başlayaraq sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək musiqili proqramla bitib.

 

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

 

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu