Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın beş potensial rəqibi müəyyənləşib. Modern.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamızın növbəti mərhələdəki rəqibi aşağıdakı beş komandadan biri olacaq:
"Sevilya" (İspaniya)
"Standart" (Belçika)
"Ayntraxt" (Almaniya)
"Zalsburq" (Avstriya)
"Nordşelland" (Danimarka)
Avroliqanın püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.
***
Bu gün UEFA Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılıb. Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ"ın rəqibi müəyyənləşib. Komandamızın növbəti mərhələdəki Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də Bakıda baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasının oyunları 22-29 avqust tarixlərində keçiriləcək.
Modern.az