Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacaq, əsasən səhər və gecə saatlarında qısamüddətli yağış yağacaq.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.
Modern.az