Modern.az

Həbsdə olan azərbaycanlı fəallar aclığı dayandırdılar

Həbsdə olan azərbaycanlı fəallar aclığı dayandırdılar

9 Avqust 2013, 13:20


İranda fars rejimi tərəfindən 9 il azadlıqdan məhrum edilmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində çıxardığı ədalətsiz hökmə etiraz əlaməti olaraq başladıqları müddətsiz aclıq aksiyasını dayandırıblar. Modern.az-ın məlumatına görə, fəallar bu barədə müraciət ünvanlayıblar.

Qeyd edək ki, GAMOH fəallarının aclığa başlaması Azərbaycanda da narahatlıqla qarşılanmışdı. Müsavat başqanı İsa Qəmbər və millət vəkili Sabir Rüstəmxanlı güneyli fəallara müraciət edərək onlardan aclığı dayandırmağı xahiş etmişdilər.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı