Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Modern.az-ın məlumatına görə, A.Abbasov təbrik məktubunda xalqımıza xeyr-dualarını çatdırıb:
“Ramazan bayramı münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək olsun. Ramazan müsəlmanların xeyirə, şəfqətə, mənəvi və ruhi paklığa aparan bayramlarından biridir.
Qoy, böyük orucluq ayını bitirən və İslama sədaqətlərini sübut etmiş insanlar bu ayın xeyir-duasını alsın. Qoy, sizin niyyətləriniz qəbul olsun, xeyirxah məqsədləriniz baş tutsun və ürəyiniz inamla dolsun”-deyə A.Abbasov təbrikində qeyd edib.
Modern.az