Modern.az

Azərbaycan qadınının ən bariz siması

Azərbaycan qadınının ən bariz siması

26 Avqust 2023, 22:10

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri olmaqla yanaşı bütün gözəl xüsusiyyətləri özündə daşıyan nəcib Azərbaycan qadını, ana və həyat yoldaşıdır.

 

Milli Məclisin deputatı Jalə Əliyeva Modern.az-a açıqlamasında Mehriban Əliyevanın Azərbaycan xalqına göstərdiyi qayğıdan danışıb.

 

“Azərbaycan Respublikasının birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, dünyada və Azərbaycanda ehtiramlı titullara sahib olan çox hörmətli, dəyərli Mehriban xanımın növbəti doğum günüdür. Mehriban xanım sözün əsl mənasında sadəcə Azərbaycan qadının deyil, ümumiyyətlə müasir qadınlığın bariz bir simvoludur, nümunəsidir. Mehriban xanım xarici gözəlliklə daxili böyüklüyün  vəhdətinin bir təcəssümüdür. Mehriban xanım özündə həm gözəl, mərhəmətli xanım  həm bilikli, bacarıqlı peşakar  həkim, ona  müraciət edən hər bir insanın probleminə diqqətlə qayğı ilə yanaşan, onların ağrısını öz ağrısı kimi görən, dərk edən, onların problemləri ilə yaşayan , nadir insanlara xas olan  ən gözəl, ən ülvi xüsusiyyətləri özündə birləşdirmiş isimdir. Dünyada   Azərbaycan qadınının  ən bariz bir siması olduğu üçün  biz onunla fəxr edirik. Dünya Azərbaycan qadınını  məhz bu gün onun simasında, əməllərində, fəaliyyətində tanıdığı,qiymətləndirdiyi  üçün  fəxr edirik. Onun hər bir uğuru, nailiyyəti hər birimizin uğurudur, hər bir Azərbaycan qadınının nailiyyətidir. Mehriban xanım gözəl anadır, Mehriban xanım gözəl, əvəzsiz, dəyərli  həyat yoldaşıdır. Biz bilirik ki, ötən illər ərzində   Azərbaycanımızın  əldə etdiyi uğurların, inkişafının hər birində Mehriban xanımın da  öz dəsti-xətti, öz imzası var. O  ömür-gün yoldaşı ilə, ölkəmizin xilaskar prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev ilə birlikdə  30 ildən artıqdır yürüdüyü  yolda  ona sadəcə ömür-gün  yoldaşı olmayıb. Atalar sözündə də deyildiyi kimi "Hər güclü kişinin  arxasında  bir ağıllı qadın dayanır." Bəli, o, hər addımı, əməli ilə hər bir  zaman həyat yoldaşının yanında, arxasında olub. Onlar bu illər ərzində bərabər yürüdükləri, irəlilədikləri yolda sadəcə öz ailələrinə, ətraflarına işıq  saçmıyıblar,  eyni zamanda bu işıq,nur bütün Azərbaycana kifayət edəcək dərəcədə böyük olub. Bu gün Azərbaycanımız bölgənin,dünyanın  ən əhəmiyyətli, nüfuzlu, sayılıb-seçilən ölkələrindən biri, birincisidir. Əlbəttə ki birlikdəlik, həmrəylik, ailə içərisindəki  böyük sarsılmaz sevgi, dərin ehtiram bağları  bu gün hər birimizə, hər bir Azərbaycan ailəsinə  nümunədir”.

 

Deputat, həmçinin Mehriban Əliyevanı təbrik edərək, xoş diləklərini çatdırıb.

 

“Mehriban xanımı  növbəti doğum günüdə ürəkdən təbrik edirik. O həyat yoldaşı kimi dünyada birinci xanımdır. Bir neçə missiyanı  bir arada  zərif çiyində daşımaq o  qədər asan deyil. Həyat yoldaşı olmaq, ana olmaq, nənə olmaq hər bir qadına  müəyyən ölçüdə nəsib olur. Amm eyni zamanda bütöv bir xalqın, ölkənin, millətin  anası, bacısı, dəyərlisi olmaq həqiqətən də asan missiya deyil. Mehriban xanım  bu gün üzərinə  çox böyük  bir missiya götürüb və böyük müqəddəs işlə, əməllərlə məşğuldur. Bu yolda, işlərində ona bol uğurlar və can sağlığı arzulayırıq. Arzu edirik ki, müstəqil, bütöv  Azərbaycanımızın prezidenti cənab İlham Əliyevlə birlikdə  hər bir zaman getdikləri yolda tanrı onlara, xalqımıza yar və yardımçı olsun”.

 

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib ki, Mehriban Əliyeva ölkənin sosial, ictimai, mədəni həyatında uğurlarlara imza atıb.

 

"Mədəniyyətimizin fədakar təbliğatçısı, xalqımızın milli dəyərlərinin qoruyucusu, Azərbaycan xalqının dünya sivilizasiyasına vermiş olduğu tövhələrin ən müxtəlif beynəlxalq platformalarda qəbul olunması üçün var qüvvəsi ilə çalışan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər  Əliyev Fondunun prezidenti və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün bir örnəkdir...

 

Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onları sadalamaqla bitməz. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumiyyətlə gördüyü bütün işlərin miqyasına nəzər saldıqda görmək olar ki, bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafı görmək, duymaq elə də çətin deyil.

 

Qeyd edək ki, Prezidentimiz Mehriban xanımın ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etməsi heç də təsadüfi deyildir. Lakin, Birinci xanım Mehriban Əliyevanın bu institutun formalaşmasında rolu danılmazdır. Mehriban xanımın fəaliyyəti, digər ölkələrin Birinci xanımlarının fəaliyyətindən fərqlənir. Bu gün nəzər saldıqda görürük ki, digər ölkələr də bu institutun yaradılmasına biganə deyildir. Azərbaycanda bu institut çox doğru zamanda yaradıldı. Mehriban xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikirləri yada salaq :

 

“Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”  

 

Mehriban xanım həmçnin, humanizm, mərhəmət, nəciblik təcəssümüdür. Qadın incəliyinin arxasında isə, millətinə layiqli övlad, bir döyüşcü tək xidmət edir.  Bunu biz 44 günlük Vətən müharibəsi dönəmində və bu gün  görürük.

 

Deputat Mehriban Əliyevanın xalqımız, dövlətimizin inkişafı üçün gördüyü işlərdən söz açıb.

 

"Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də təbii ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin irsinin təbliğidir. Mehriban xanım Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, təbliğ etməklə yanaşı, həmçinin işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.  

 

Fondun fəaliyyət proqramında “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə birgə əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyərək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işində də xidmətləri az deyil. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması məqsədinə yönəlik geniş miqyaslı işlər də görülməktədir. 

 

Mehriban xanımın dünyada tüğyan edən koronavirusla mübarizə dövründə nəcib və ürək yanğısı ilə dolu vətəndaşlarımıza rəsmi dövlət adamı kimi deyil, bir övlad, bir ana olaraq müraciəti ürəyinin yumuşaqlığından və xalqımıza qarşı narahatlığından xəbər verirdi.

 

Mehriban Əliyeva eyni zamanda, sədaqətli həyat yoldaşı, möhtərəm prezidentimizin ən yaxın sirdaşı və silahdaşıdır. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada irəli aparmaq büyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım  demişdir, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm.  İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”. 

 

Hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edən, nümunəvi ailə dəyərlərinin qoruyucusu kimi hər bir Azərbaycan qadınına örnək olan Mehriban xanım, təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası, Müsəlman Dünyası üçün nümunəvi bir insandır. 

 

Mehriban xanım ağlı, mərhəməti, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də Avropada, Qərbdə və Şərqdə böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, dünyanın bir çox nüfuzlu dövlət başçıları, siyasətçiləri, mədəniyyət adamları, ictimai xadimləri Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirmiş, onun haqqında ən yüksək fikirlər söyləmiş, yüksək mükafatlara layiq görmüşlər.

 

Ülviyyə Həmzəyeva da Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.

 

“26 avqust Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Mehriban xanım Əliyevanın doğum günüdür.

 

Xalqımızın sevimlisi Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, məsul və nəcib fəaliyyətində daima uğurlar arzu edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər