Modern.az

Salah “Əl-İttihad”a keçir

Salah “Əl-İttihad”a keçir

İdman

27 Avqust 2023, 12:05

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.

 

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.

 

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”la 2025-ci ilin yayına qədər müqaviləsi var. Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi