Modern.az

Millimiz komandalararası yarışda finala yüksəlib - YENİLƏNİB-2

Millimiz komandalararası yarışda finala yüksəlib - YENİLƏNİB-2

İdman

27 Avqust 2023, 16:10

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, yığma yarımfinalda Türkiyə seçməsini məğlub edib - 4:3.

 

***

14:15

 

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, yığma 1/4 finalda Qazaxıstanı məğlub edib - 4:2.

 

***
12:56

 

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.

 

Modern.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Yunanıstan kollektivinə qalib gəlib - 4:1.

 

Milli növbəti raundda Qazaxıstan - Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.

 

Qeyd edək ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi