Milli Məclisin sabiq sədri, Milli Şuranın üzvü Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb. Modern.az saytının xəbərinə görə, bu barədə Ukraynanın "Kievskaya Xronika" qəzeti məlumat yayıb.
Qəzet "Radio Svoboda"ya ("Azadlıq" radiosu) istinadən bildirib ki, eks-spiker həmin görüşdə səfir Sergey Kislyaka müraciət edib.
Səfirlə görüşündə Rəsul Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik iştirakını gücləndirəcəyini vəd edib.
Prezident seçiləcəyi təqdirdə R.Quliyev Dağlıq Qarabağ münaqişəsinin həll üçün Rusiyanın maraqları və tövsiyyələri əsasında həl edəcəyini bildirib.
Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib:
“1993-96-ci illlərdə mən parlament sədri ikən Rusiya rəhbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləri sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”-deyə müraciətdə bildirir.
Azadlıq radiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin rus XİN rəhbərinə müraciətinin surətini əldə edib. Yaxın günlərdə bu müraciəti yayımlayacaqlarını bildiriblər.
Modern.az saytı xəbərin əks olunduğu materialın şəklini təqdim edir.
Anar RÜSTƏMOV