Modern.az

\"Neftçi\"dən mövsümün ilk qələbəsi

\

27 Avqust 2023, 20:35

Azərbaycan Premyer Liqasında IV turunun növbəti oyunu “Neftçi Arena”da keçirilib.

 

Modern.az xəbər verir ki, “Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib.

 

“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.

 

Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

 

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi