Modern.az

Türkiyə pilotlarını qaçıranlar məlum oldu

Türkiyə pilotlarını qaçıranlar məlum oldu

10 Avqust 2013, 10:31
Türk pilotlarını qaçıranlar üzə çıxdılar. Liviyanın ƏlCədid telekanalı xəbər yayıb ki, özlərini “İmam Rzanın Ziyarətçiləri” adlandıran və daha öncə bəlli olmayan bir qruplaşma qaçırılma ilə bağlı məsuliyyəti öz üzərlərinə götürüblər. Qruplaşma hətta öz tələblərini də irəli sürüb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki,qruplaşma Suriyada üsyançıların əsiri olan 9 Liviyalının azad olunmasını tələb ediblər.

Xatırladaq ki, dünən Livanın paytaxtı Beyrut şəhərində “Türk Hava Yolları”nın 2 pilotu Ağca və Akpınar oğurlanıb.  Onlar Beyrut hava limanından otelə gedərkən Cocodi körpüsündə iki avtomobil onların olduğu avtobusun qarşısını kəsib. Avtomobillərdən enən naməlum şəxslər pilotları özləri ilə aparıblar.

Elçin MURAD  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı