Modern.az

Parlamentin payız sessiyası: İlk plenar iclas bu tarixdə olacaq

Parlamentin payız sessiyası: İlk plenar iclas bu tarixdə olacaq

Parlament

28 Avqust 2023, 10:36

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub.

 

Modern.az-ın məlumatına görə, ilk iclas oktyabrın 2-də keçiriləcək.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-da başa çatır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

 

Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. 

 

Ancaq bu il sentyabrın 30-u və oktyabrın 1-i qeyri-iş gününə düşdüyünə görə, iclas növbəti iş gününə (oktyabrın 2-nə) təsadüf edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi