ABŞ prezidenti Barak Obama Ağ evdə keçirdiyi mətbuat konfransında Rusiya ilə bağlı sensassion açıqlamalar verib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, son günlər Rusiya ilə ABŞ arasında yaranan soyuq münasibətlərə toxunan Obama Moskvada yenidən “soyuq müharibə” stereotipləri oyandığını deyib.
Putinlə şəxsi münasibətlərinin normal olduğunu deyən Obama təkbətək görüşdən imtina etməsinin Rusiyanın Snoudenə siyasi sığınacaq verməsi ilə əlaqədar olmadığını deyib. Onun sözlərinə görə, Putinlə görüşün təxirə salınmasının başqa səbəbləri var.
“Rusiya ilə əlaqələrimizdə hələ SSRİ dağılandan bu yana bir az gərginlik vardı. Hesab edirəm ki, Rusiya ilə əlaqələrimiz yenidən dəyərləndirmək lazımdır. Aramızda bəzi fərqliliklər var. Bunlar tamamən həll etmək mümkün deyil”
Rəsmi Kremlin Obamanın ittihamlarına cavabı gecikməyib. Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya ilə ABŞ arasında "soyuq müharibə"nin olmadığını bildirib.
"Əksinə bizim ABŞ ilə ən sıx tərəfdaşlıq əlaqələrimiz var. Və onların möhkəmlənməsi üçün yaxşı potensial mövcuddur. Hesab edirəm ki, Snouden anomaliyadır”-deyə Lavrov Obamaya cavab verib.
A.RÜSTƏMOV