Modern.az

Daşaltı şəhidinin bacısı: Gözümüz yollardan yığıldı - FOTO

Daşaltı şəhidinin bacısı: Gözümüz yollardan yığıldı - FOTO

28 Avqust 2023, 12:34

Qarabağdakı kütləvi məzarlıqlarda qalıqları tapılan daha bir hərbçimizin nəşi dəfn edilib.

 

Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O 1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşmüşdü.


Daşaltı erməni işğalından azad olunandan sonra kənddə kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı cəsəd  qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.


Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun qalıqları Şamaxı rayonunun Göylər kəndinə aparılıb və atasının məzarı yanında torpağa tapşırılıb.
 



Qalıqları tapılan şəhid hərbçimiz Baba Mikayılovun bacısı Əsmayə Qəniyeva qardaşı barədə Modern.az saytına danışıb:
 

“Baba dənizdə işləyirdi. Subay idi. Özü cəbhəyə könüllü getmişdi. Döyüşlərdə iştirak edib, sonra da itkin düşmüşdü. Qəhrəman qardaş idi. Canlı-cüssəli, iş-gücdə qoçaq idi. Biz DNA testi vermişdik, zəng etdilər ki, xəbər var”.
 

Əsmayə Qəniyeva  qarışıq hisslər yaşadıqlarını bildirib:
 

“31 il bizim üçün çox çətin keçdi. Gözlərimiz yollarda qalmışdı. Nəhayət dövlətimizin köməyi ilə xəbər gəldi. Mən heç vaxt  inanmırdım ki, qardaşım əsir düşə bilər. Bir xəbər gözləyirdik, amma əsir düşməyini ağlımıza belə gətirmirdik. Həm sevindik, həm ağladıq. Gözümüzün biri güldü, biri ağladı. Sevindik ki, gözümüz yollardan yığıldı, ağladıq ki, o cür qardaş itirdik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər