Azərbaycan Türkiyə münasibətlərindən bəhs edən yeni klip çəkilib. Modern.az xəbər verir ki, mahnının sözləri millət vəkili Eldar Quliyevə musiqisi isə millət vəkili, bəstəkar Novruz Aslana aiddir. “Azərbaycan Türkiyə” adlanan mahnını əməkdar artist Lalə Məmmədova ifa edib.
Müğənni ötən ay çəkilişinə start verilən klip haqqında mətbuata açıqlamasında deyib: “Uşaqlıqdan tarix fənnini çox sevdiyim üçün bu mahnını oxumaq mənə təklif olunanda çox sevindim. Çünki mahnını dərk edərək oxumaq insana başqa bir zövq verir. Azərbaycanla Türkiyə arasındakı dil, din oxşarlığı, dostluq əlaqələri möhkəm olub, 2 qardaş həmişə çiyin-çiyinə düşmənə sipər olublar. Bizim millət vəkilləri Novruz Aslan, Eldar Quliyev bu mövzuya çox həssasliqla yanaşıblar. Çox uğurlu mahnı alınıb. İnanıram ki, Fuad Əlişov mahnının ekran versiyasını gözəl yaradacaq”.”Modern.az klipi təqdim edir.
Modern.az