Modern.az

Milli Məclis payız sessiyasında hansı qanunları müzakirə edə bilər... - SİYAHI

Milli Məclis payız sessiyasında hansı qanunları müzakirə edə bilər... - SİYAHI

Parlament

28 Avqust 2023, 12:38

Milli Məclisin 2023-cü il payız sessiyasında qanunvericilik işləri planına daxil ediləcək qanun layihələri hələ müəyyən olunmayıb.

 

Növbəti işlər planına salına biləcək layihələr ötən sessiyada qəbul olunmayan qanun layihələri ola bilər.

 

Modern.az da bu səbəblə ötən sessiyada qanunvericilik işləri planına daxil edilən, amma qəbul olunmayan qanun layihələrini araşdırıb.  

 

Həmin qanun layihələri bunlardır:

 

1. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

 

2. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

 

3. Rəqabət Məcəlləsinin layihəsi;

 

4. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

 

5. “Ali təhsil haqqında” qanun layihəsi.

 

Nəzərə çatdıraq ki, bir neçə sessiyadır işlər planına salınan Rəqabət Məcəlləsinin layihəsi və “Ali təhsil haqqında” qanun layihəsi hələ də plenar iclaslara tövsiyyə edilməyib.

 

Onu da bildirək ki, ötən yaz sessiyasında Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinə dair bir neçə ictimai dinləmə keçirib. Lakin sözügedən qanun layihəsinin qəbul edilməsinə nail olunmayıb. 

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-da başa çatır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Ancaq bu il sentyabrın 30-u və oktyabrın 1-i qeyri-iş gününə düşdüyünə görə, iclas növbəti iş gününə (oktyabrın 2-nə) təsadüf edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi