Daxili İşlər Nazirliyi yol polisinin ölməsi ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Modern.az - a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 9-da saat 16:00 radələrində Abşеrоn rayоnunun Novxanı qəsəbəsi ərazisində Samir Hacıyevin idarə etdiyi "BMW" markalı və Bakı şəhər sakini Güloğlan Feyzullayevin idarə etdiyi "Toyota Prado" markalı avtomaşınlar toqquşublar.
Nəticədə S.Hacıyevin sərnişini Eşqin Məmmədov hadisə yerində ölüb, xəsarət almış S.Hacıyev və G.Feyzullayevin sərnişini - arvadı Səadət xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. RPŞ tərəfindən araşdırmalar aparılır.
Modern.az