Modern.az

Ziqmund Freydin yazıçı və uşaq müqayisəsi

Ziqmund Freydin yazıçı və uşaq müqayisəsi

10 Avqust 2013, 11:55

Ziqmund Freyd elmi yaradıcılığının  əhəmiyyətli hissəsini yuxunun psixologiyasını kəşf etməyə ayırdı. Ancaq 1908-ci ildə bütün diqqətini  fantaziya ilə  yaradıcılığın kəsişdiyi nöqtəyə yönəltdi. Elə həmin il bu yöndə araşdırmalar aparan  Freyd "Yaradıcı yazıçılıq və xəyal qurma" adlı bir məqalə yazdı. Onun nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da,  Freyd hələ də  müasir psixologiyada əhəmiyyətli  yer tutmağa davam edir.

  Təxmin edildiyi  kimi, Freyd əvvəl  bu sahədə işə başladı və yazıçıların yaradıcılıq qabiliyyəti ilə uşaq fantaziyası arasındakı oxşarlığı sübut etdi.    "Uşaqlıq dövründə  xəyal qurma  prosesinin ilk izlərinə baxmısızmı? Uşağın ən sevdiyi və ən diqqət  etdiyi iş oyun oynamaqdır. Bizlər hər uşağın oyun oynayarkən yaradıcı bir yazar kimi davrandığını, öz dünyasını yaratdığını, bu səbəbdən də özünü xoşbəxt edən şeyləri yenidən təşkil etdiyini söyləyə bilərikmi? Bir uşağın öz qurduğu dünyanı ciddi qəbul etmədiyini düşünmək səhv olar. Bunun əksinə, hər uşaq öz oynadığı oyunu ciddi qəbul edir və işin içinə duyğularını da qatır. Oyunun ziddi ciddi olan deyil, gerçək olandır. Hər uşaq, oyun dünyasına qatdığı duyğularını Həqiqətdən yaxşı bir şəkildə ayırır və xəyal etdiyi obyektlər, hadisələr ilə gerçək dünyanın konkret və görülə bilən  şeyləri arasında əlaqə qurmağı sevir. Məhz  bu əlaqələr uşaq oyununu fantaziyadan  ayırır. Yaradıcı yazar da, bir uşağın oyun oynayarkən etdiyini edir.  O,  ciddi qəbul etdiyi bir fantaziya dünyası yaradır və onu Həqiqətdən kəskin bir şəkildə ayıraraq duyğularını qatır. "   

Freyd daha sonra, Henry Millerin ondan 30 il sonra etdiyi yaradıcı prosesin zaman  kateqoriyasına diqqət edir:   "Fantaziyanın  zamanla əlaqəsi çox əhəmiyyətlidir. Fantaziya bizim  anlaya bildiyimiz  3 zaman  arasında var-gəl edən bir məfhumdur. Şüur  aid olduğu predmetin  təməl arzularını hərəkətə keçirən bəzi aktual  situasiyalarla  qarşılıqlı  əlaqədədir. Predmetin (Obyektin)  təməl arzularını hərəkətə gətirən  bir vəziyyət meydana gəldiyində şüur  yaddaşda yer alan bu arzunun təmin edildiyi daha əvvəlki təcrübələrə geri dönər və o ankı arzunu təmin edəcək gələcəklə əlaqəli bir vəziyyət yaradar. Beləcə keçmiş, indiki və gələcək zamanlar  içlərindən keçən arzu sayəsində bir mərkəzdə  yer alır. "   

Freyd, yaradıcılıqla   oyunun paralelliyini sintez edir “ Yaradıcılığa söykənən  yazıçılıq  uşaqlıqda oynanan oyunun davamıdır. Yazıçılıq sonradan uşaq oyununun yerini alır.

" Freyd bizim xəyallarımızın gizli təbiətini araşdırmağa davam edir və arzularımızı  başqalarıyla paylaşmamıza  maneə törədən bir utancaqlığın olduğunu iddia edir. Ayrıca Freyd yaradıcı yazarın fantaziyalarını açıqlayarkən alınan zövqü necə aşdığını da açıqlayır: "Yazarın bunu necə bacardığı onun ən müqəddəs sirridir;  təməl sənət Poetikası, hər bir eqosuyla digərləri arasında yüksələn maneələr ilə əlaqə quran bizlərin iyrənmə hissini aşma texnikasını kəşf  etməmizdən  asılıdır.

Yazar, öz eqoistik xəyallarının xarakterini dəyişdirərək,  ya da gizləyərək yumşaldır və bizi fantaziyalarının  axarıyla  estetik bir aləmə aparır.

Biz daha dərinlərdəki ruhi mənbələrdən əldə edilən daha böyük həzləri mümkün edən bu vəziyyətə təşviq payı və ya ön həzz adını verərik. Yazarın fantaziyasından yaranan dünya  şüurumuzun zəifliyindən dolayı bizlərə öz müsbət nəticəsi göstərə bilir. Belə ki, onun xəyal dünyasından yaranmış, şüurundan hasil olam yazı oxuyarkən bizim özümüzdə xəyal qurma və bu xəyallardan ləzzət alma imkanını yaradır.

 

  Hazırladı: Elmin Nuri    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı