Milli Şura sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi gözlənildiyi kimi bu günlərdə həllini tapmadı. Bu barədə Modern.az-a Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.
E.Quliyevin sözlərinə görə, hər şey Rusiya prezidenti Vladimir Putindən aslıdır.
“Bu məsələ artıq Rusiya prezidentinin səlahiyyətindədir. Problemin həlli Putinin imzasından aslıdır. Gözləyirik. Rüstəm müəllim də demək olar ki, bütün əlaqələrindən istifadə edərək bu məsələnin həllinə çalışır”-deyə MŞ üzvü qeyd edib.
Anar RÜSTƏMOV