Modern.az

Əli Kərimlidən gözlənilməz AÇIQLAMA: “Rüstəm İbrahimbəyov seçkidən kənarda qala bilər”

Əli Kərimlidən gözlənilməz AÇIQLAMA: “Rüstəm İbrahimbəyov seçkidən kənarda qala bilər”

10 Avqust 2013, 13:33

AXCP Ali Məclisinin növbəti sessiyası başlayıb. Modern.az musavat.com-a istinadən bildirir ki, sessiyada seçkiyə hazırlıq və seçkidə iştirakın formaları müzakirə olunur.

Gündəliyin təsdiqindən sonra söz AXCP sədri Əli Kərimli çıxış edib.  

Əli Kərimli demokratik qüvvələrin geniş tərkibdə birləşməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsini düzgün yürüdülmüş siyasət adlandırıb. AXCP sədri İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasının təsdiqlənməməsini siyasi səbəblərlə izah edib və bu problemin Azərbaycanla Rusiya hakimiyyətləri arasında münasibətlərin istiləşməsindən sonra yarandığına diqqət çəkib.

AXCP sədri bildirib ki, partiya hələ ötən sessiyada İbrahimbəyovun sənədləri qaydaya düşən kimi onun kampaniyasının təşkili üçün görülməli işləri müzakirə edib və bu barədə indi hesabatlar dinləniləcək. Bununla yanaşı, Əli Kərimli yeni situasiyanın yarandığını qeyd etdi – Rüstəm İbrahimbəyovun sənədlərini qaydaya sala bilmədiyi üçün seçkidən kənarda qala biləcəyi ehtimalı yaranıb. Bu halda demokratik qüvvələr İbrahimbəyovun namizədliyi üzərində son məqama qədər israr etməklə, onun özünün də iştirakı ilə yenidən vahid namizəd müəyyənləşdirməlidir. AXCP indiyə qədər olduğu kimi, bu məqamda da konstruktiv mövqe tutmalıdır. Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir.

“Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər”-deyən Əli Kərimli sonda bəyan edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı