Modern.az

Bakıdan Xankəndiyə humanitar yardım YOLA SALINDI

Bakıdan Xankəndiyə humanitar yardım YOLA SALINDI

Qarabağ

29 Avqust 2023, 09:32

“Bu gün bizim humanitar karvanımız Xankəndiyə yola düşəcək. Biz Ağdam-Xankəndi yolu ilə yollanacağıq”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslan deyib.

 

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

 

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.


Qeyd edək ki, humanitar yardım artıq yola salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu