Modern.az

Sabah yağışsız, günəşli hava olacaq

Sabah yağışsız, günəşli hava olacaq

10 Avqust 2013, 14:29

İstirahət günü Azərbaycan ərazisində hava sabitləşəcək, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 11-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-da hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər saatlarında Böyük Qafqaz ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı