Prezident İlham Əliyevin namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmən təsdiqlənib. Modern.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bu məsələyə baxılıb.
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.
MSK tərəfindən həmçinin YAP-dan səlahiyyətli nümayəndələr kimi partiyanın sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov qeydə alınıb.
Qeyd edək ki, 6 prezidentliyə namizəd - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə sənədlərini MSK-ya təqdim edib.
Modern.az