Modern.az

Anamın ağlamaqdan gözləri tutulub... - 30 ildən sonra nəşi tapılan hərbçimizin oğlu

Anamın ağlamaqdan gözləri tutulub... - 30 ildən sonra nəşi tapılan hərbçimizin oğlu

29 Avqust 2023, 15:32

1993-cü ildə itkin düşən Məmmədov Əsəd Məmməd oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

 

Əsəd Məmmədov 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

 

Qalıqları tapılan şəhid hərbçimiz Əsəd Məmmədovun oğlu Mehman Məmmədov Modern.az-a danışıb:

 

O, saytımıza açıqlamasında atasının qalıqlarının tapılması barədə xəbəri televiziyadan eşitdiyini bildirib:

 

“30 ildir ürəyimiz daş kimi idi. Xəbəri ilk televiziyadan öyrəndik, sonra zəng edib məlumat verdilər. Əlim, ayağım əsirdi..."

 

Mehman Məmmədov atasız keçən illərin ailələri üçün çətin olduğunu vurğulayıb.

 

“Anamın ağlamaqdan gözləri tutulub. Qoca nənəmiz var, oğul dərdindən, ağlamaqdan onun da  gözləri görmür. Xalası da xəbəri eşidəndən sonra ürəyi dayandı, öldü. Biz 30 ildir atasız, yara ilə böyümüşük. Ata deyiləndə mən qaçıram. Boynubükük böyümüşük biz”, -  qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi