Modern.az

Rusiyada yeniyetmə idmançı qız itkin düşdü

Rusiyada yeniyetmə idmançı qız itkin düşdü

İdman

29 Avqust 2023, 14:44

Rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.

 

Modern.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.

 

O bildirib ki, artıq bu barədə bu müvafiq qurumlara məlumat verilib, qızının axtarışları aparılır.

 

Məlumata görə, onun əşyaları tapılıb. Hazırda onun əşyalarının tapıldığı ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparırlar. İdmançının boğula biləcəyi də ehtimal edilir.

 

Qeyd edək ki, Alina Qorbaçova ötən mövsüm Qran-Prisinin finalında altıncı yeri tutub, eyni zamanda ölkə çempionatının qalibi olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi