AXCP-nin Ali Məclisinin bu gün keçirilən iclasında bir sıra təkliflər irəli sürülüb. Müzakirələr əsasən Milli Şuranın vahid namizədi istiqamətində aparılıb. Səslənən təkliflər bildirilir ki, AXCP İbrahimbəyovun namizədliyini dəstəkləməkdə davam edir, ən son məqama qədər onun, əgər İbrahimbəyovun vətəndaşlıqdan çıxması həll olunmazsa və onun özü Milli Şuradan başqa namizədin irəli sürülməsini mümkün sayarsa, Ali Məclis tövsiyə edir ki, Milli Şura yeni vahid namizəd irəli sürməlidir.
AXCP Milli Şuranın qorunub saxlanmasını və güclənməsini ən vacib prioritet elan edir.
Yarana biləcək yeni situasiyalara uyğun qərarlar qəbul etmək üçün Ali Məclisin Rəyasət Heyətinə səlahiyyət verilir.
Ölkədə seçki mühitinin olmadığı haqda Ali Məclis adından bəyanat qəbul olunsun.
Əli Kərimlinin təklifləri əsasında Ali Məclisin qərarı qəbul olundu. Qərarda deyilir:
1.Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov vahid namizəd olaraq sonadək dəstəklənsin. Seçki kampaniyasına hazırlıq davam etdirlisin.
2.Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, Rüstəm İbrahimbəyovun özünün də məqsədə uyğun saydığı təqdirdə təklif olunsun ki, Milli Şura növbəti dəfə vahid namizəd müəyyənləşdirərək seçkilərə vahid qüvvə kimi getsin.
3.Ölkə müxalifətinin birlik modeli olaraq Milli Şuranın qorunub-saxlanması prioritet vəzifə elan olunsun.
4.Seçki kampaniyası dövründə partiyanın üzləşdiyi şəraitə uyğun olaraq qərar qəbul etmək ssəlahiyyəti Rəyasət Heyətinə verilsin.
Modern.az