Modern.az

Sertifikasiyadan kəsilən müəllimlər təkrar imtahan verdilər

Sertifikasiyadan kəsilən müəllimlər təkrar imtahan verdilər

Təhsil

29 Avqust 2023, 17:12

“Bu il 40 mindən çox müəllimin sertifikasiya imtahanında iştirakını təmin edəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

O bildirib ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib: “Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib”.

 

Mərkəz direktoru əlavə edib ki, imtahan nəticələri artıq namizədlərə təqdim olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?