Modern.az

Londonda keçirilən "Notting Hill" karnavalından FOTOLAR

Londonda keçirilən

Mədəniyyət

29 Avqust 2023, 17:46

Londonda Karib dənizi mədəniyyətinin illik festivalı olan "Notting Hill" karnavalı keçirilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, "Notting Hill" karnavalı 1966-cı ildən avqustun son həftəsonu keçirilir.

 

Bu ilki karnaval “Külək nəsli”nə həsr olunub. Bu, İkinci Dünya müharibəsindən sonra Karib adalarından gəlib Böyük Britaniyada məskunlaşan miqrantlar nəslinə verilən addır. Belə ki, müharibədən sonra İngiltərə ciddi işçi çatışmazlığından əziyyət çəkirdi. Britaniya hökuməti problemin həlli üçün Avropadan, keçmiş müstəmləkələrdən kütləvi immiqrasiyanı təşviq edib.

 

1948-ci ildə Yamaykadan olan 802 miqrantla Londonun Tilberi limanına gələn 2Empire Windrush" gəmisinin səyahəti tarixə düşən ən məşhur Karib miqrantları səyahəti olub...

 

Hər il "Notting Hill" karnavalını 2 milyona qədər insan ziyarət edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu