Modern.az

Gündüzün cəsarəti çatırsa, Paris merinin də karikaturasını çəksin! - Rəssam

Gündüzün cəsarəti çatırsa, Paris merinin də karikaturasını çəksin! - Rəssam

30 Avqust 2023, 09:58

“Gündüz adlı rəssamın işlərini ara-sıra paylaşımlarda görürəm, bəyəndiyim də olur, bəyənmədiyim də. Düzü heç ciddi qəbul etmirəm də. Mənim aləmimdə rəssam, onun yaradıcılığı sənətə, gözəlliyə, tərbiyəyə, insanlığa xidmət etməlidi. Amma indi digər sənət növləri kimi, təsviri sənətin bəzi nümunələri elə eybəcərləşib, elə əndazədən çıxıb ki, adam daha baş verənlərə heç təəcüblənmir”.

Modern.az xəbər verir ki, bunu tanınmış rəssam, ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı Tərlan Eyvazov xaricdə yaşayan karikaturaçı Gündüz Ağayevin Azərbaycanla bağlı aşağılayıcı karikaturalarına münasibət bildirərkən deyib.
 

T.Eyvazov G.Ağayevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardımı əks etdirən karikaturasını da pisləyib:



“Onun son rəsmi olduqca böyük narazılıq doğurub, hətta ilk gördüyüm anda bu cızmaqaraçını yaşıma uyğun olmayan tərzdə təhqir etməkdən də çəkinmədim. Amma sonra ilk dəfə olaraq sosial şəbəkədəki səhifəsinə göz gəzdirub, hansı tərbiyə yiyəsi olduğuni, hansı məqsədə xidmət etdiyini anlayıb təəcüblənmədim. Bu adam rəssam deyil, tərbiyəsiz bir məxluqdu. Özlüyündə bizimlə məzələnir. Onun yazdığı statusun məğzini izah etməyi etikaya uyğun saymıram, özünüz səhifəsinə baxa bilərsiniz. Çəkdiyi materialdan isə göründüyü kimi, adam tam məqsədinə çatıb. Əgər hələ xaricdə status almayıbsa, deməli bu qədər təhqirdən sonra almaq şansı çoxalıb. Ona görə belələrinə fikir verməyib, diqqətdən kənar saxlamaq onlara ən böyük zərbədir. Yola davam! Əsas odir ki, Azərbaycan tərəfinin addımları öz müsbət nəticələrini verməkdədi. Xankəndiyə humanitar yardım Laçından deyil, Ağdam yolundan gedəcək. Gündüz və həmfikirlərinin başı sağ olsun. Əgər cəsarəti çatırsa Laçın yoluna səfər etməyə qərar vermiş Parisin xanım merinin də karikatirun işləsin”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu