Modern.az

Putin Bakı səfərinin vaxtı açıqlandı

Putin Bakı səfərinin vaxtı açıqlandı

Təhsil

11 Avqust 2013, 13:23

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərin vaxtı açıqlanıb. Modern.az-ın məlumatına görə, Putinin Azərbaycana gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfərin avqustun 14-dək baş tutması nəzərdə tutulub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov «Vestnik Kafkaza» saytının müxbirinə açıqlamasında deyib.

Səfər zamanı Putin Prezident İlham Əliyevlə görüşəcək.

Qeyri-rəsmi məlumatlarda səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi bildirilir.

Qeyd edək ki, Putin sonuncu dəfə Azərbaycanda 2007-ci ildə olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı