Modern.az

Araz Əlizadə prezidentliyə namizədliyini verdi

Araz Əlizadə prezidentliyə namizədliyini verdi

11 Avqust 2013, 15:22


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azadlıq Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əhməd Abdul oğlu Orucovun prezidentliyə namizədliyi təsdiq edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı müracit daxil olub. Araz Əlizadənin namizədliyinə MSK-nın növbəti iclasında baxılacaq.

Qeyd edək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı