Modern.az

Bakıda 34 dərəcə isti olacaq – sabahın havası

Bakıda 34 dərəcə isti olacaq – sabahın havası

11 Avqust 2013, 17:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 6-11 metr sürətlə şimal-qərb küləyi, gündüz 7-12 metr sürətlə cənub-şərq küləyi əsəcəkdir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23°, gündüz 29-34° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, və Sahildə 25-26° olacaqdır.

Aran rayonlarında havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı