Modern.az

Təhsil krediti almaq üçün müraciət edənlərin SAYI

Təhsil krediti almaq üçün müraciət edənlərin SAYI

Təhsil

30 Avqust 2023, 13:16

2023-2024 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib.

 

Bu barədə Modern.az-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

 

Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir.

 

Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?