Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində boğulma təhlükəsi ilə üzləşən 4 nəfəri xilas edib.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 4 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Modern.az