Türkiyə Superkubokunun qalibi bəlli oldu. Modern.az-ın məlumatına görə, Superkubokun finalında Türkiyənin ən güclü iki klubu - “Qalarasaray” “Fənərbaxça” ilə qarşılaşıb. Derbi maraqlı epizodlarla yadda qalıb. Hər iki komanda oyunun taleyini 90 dəqiqə ərzində həll etməyə çalışsa da əsas vaxtda hesabı açmaq mümkün olmadı.
Əlavə vaxtda "sarı-qırmızılar" meydana atılaraq derbidə hesabı açmağa müvəffəq oldu. Oyunda aktivliyi ilə seçilən Didye Droqba 99-cu dəqiqədə vurduğu qolla “Fənərbaxça” həvəskarlarını məyus edərək komandasında qələbə qazandırdı.
Futbolsevərlərin maraqla izlədiyi derbi “Qalatasaray”-ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə "cim-bom" tarixində 13-cü dəfə superkubokun sahibi olub.
Qeyd edək ki, ötən il də bu komandalar Türkiyə Superkubokun finalında qarşılaşıblar. Həmin oyunda “sarı-qırmızılar” rəqibini 3:2 hesabı ilə məğlub edərək superkuboka sahib olub.
Modern.az