Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 11 km aralı) Bakı Dövlət universitetinin hal-hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan ümumi sahəsi 480 kv.m olan 2 mərtəbəli taxta konstruksiyadan ibarət tikili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az