Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, hadisə zamanı Tağıyev Süsaməddin Zakir Əliyevin boğaz nahiyəsinə bıçaq xəsarəti yetirib.
Hadisə nəticəsində boğazından yaralanan Zakir Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
O, bir neçə saat davam edən əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Xəstəxanadan bildirilib ki, zərərçəkənin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.