Modern.az

Jurnalist övladları da tələbə adını qazandılar - SİYAHI

Jurnalist övladları da tələbə adını qazandılar - SİYAHI

Media

31 Avqust 2023, 10:50

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.
 
Ali təhsil müəssisələrinin tələbəsi adı qazanmış 51941 abituriyent arasında jurnalist övladları da var.

Eyni zamanda, bəzi həmkarlarımızın övladları DİM-in ali məktəblərə yerləşdirməsində iştirak etməsə də, xarici universitetlərə qəbul olunub.

Modern.az saytı tələbə adı qazanmış jurnalist övladlarının siyahısını dəqiqləşdirməyə çalışıb.

***

Modern.az saytının rəhbəri Elşad Eyvazlının oğlu Tuncay Eyvazlı Macarıstanda ali təhsil alacaq.

***

Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədli də xaricdə oxuyacaq – qardaş Türkiyədə. O, Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsində burslu təhsil alacaq.

***

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin qızı Xədicə Azərbaycan İlhaiyyat İnstitutunun tələbəsi adını qazanıb.

***

Yeniçağ.az saytının əməkdaşı Araz Zeynalov da bu gün sevinən valideynlərdəndir. Həmkarımızın qızı Şəms ilk dəfə ali məktəbin qapısını açacaq. O, Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunub.

***

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülnur Niftəli artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

***

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat koordinatoru Şahin Məmmədovun oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment fakültəsinə qəbul olunub.

***

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Vəfa Aslanın oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

***

AzTV-nin əməkdaşı Billurə Aslanqıznın oğlu da Azərbaycan Tibb Universitetində tibb ixtisası üzrə təhsil alacaq.

***

"Vergilər" qəzetinin əməkdaşı Fərqanə Allahverdiqızının övladı Zeynəb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq fakültəsinə qəbul olunub.

***

News.az saytının əməkdaşı Samir Güləliyevin oğlu Seymur Güləliyev də bu il tələbə adını qazanmış gənclər sırasında yer alır. Seymur Azərbaycan Kooperasiya Universitetində təhsil alacaq.

***

Jurnalist, PR üzrə mütəxəssis İlham Məmmədovun tələbə statusu qazanmış oğlu İbrahim Bakı Dövlət Universitetində açılmış yeni ixtisasda - biotexnologiyada təhsil alacaq.

***

Azadmedia.az saytının əməkdaşı Elnurə Abışovanın qızı Ülkər Bakı Dövlət Universitetinə qəbul olunub.

***

Yevlaxda fəaliyyət göstərən El TV-nin əməkdaşı İnqilab Şirinlinin qızı Nəzrin Şirinli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunub.

***

Bizimyol.az saytının əməkdaşı Qadir Həzinin qızı İnci də adını builki tələbələr sırasına yazdırıb. O, Bakı Ali Neft Məktəbində ali təhsil alacaq.
 

***

Qubada fəaliyyət göstərən Qafqaz TV-nin baş direktoru Eltən Törəçi də tələbə atası olub. Onun qızı Azərbaycan Dövlət Memarlıq İnşaat Üniverisitetində memarlıq ixtisası üzrə ödənişsiz təhsil alacaq.

***

Jurnalistlər Tahir Balıyevlə Ülkər Abdullayevanın qızları Fatimə Balıyeva Sumqayıt Dövlət Universitetinin tarix ixtisasına qəbul olunub.

***

"Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəylinin övladı Türkiyədə ali təhsil alacaq. Onun oğlu Məhəmməd Hacəttəpə Universitetinin Tibb fakültəsinə qəbul olnuub.

***
Medianın İnkişafı Agentliyinin (MEDİA) əməkdaşı Pərvanə İbrahimovanın oğlu Ərhan İbrahimli Türkiyənin Yıldırım Bəyazit Universitetinin burslu tələbəsi olub.

***

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin oğlu Fərid Ankara Universitetinin Siyasal Bilgilər fakültəsində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.

***

"Azəriqaz" ASC-nin mətbuat katibi Eldəniz Vəliyev də tələbə atasıdır. Oğlu Amin Yeditepe Universitetinin Oyunçuluq fakültəsinə qəbul olunub.

***

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoyun oğlu isə Bakı Dövlət Universitetində təhsil alacaq.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər