“Barbie” və “Oppenheimer” filmləri mənəvi-əxlaqi dəyərlərlə bağlı müddəalara zidd deyil".
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədr müavini Anton Qorelkin bildirib.
O, həmçinin kinofilmlərin məcburi lisenziyalaşdırılmasına qarşı çıxıb.
"Oppenheimer" haqqında danışan Anton Qorelkin deyib ki, nüvə silahının yaradılması tarixi və atom bombasının banilərindən birinin daxili dünyasının öyrənilməsi bu gün həmişəkindən daha aktual olan humanist mesaj daşıyır.
Qorelkin əlavə edib ki, "Barbie" filmi göründüyündən daha dərindir və kifayət qədər sosial satira ehtiva edir.
***
31.08.2023 / 15:16
"Barbie" və "Oppenheimer" filmləri dövlətin ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin möhkəmləndirilməsi məqsədlərinə cavab vermir".
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bunu Rusiyanın mədəniyyət nazirinin müavini Andrey Malışev deyib.
Malışevin sözlərinə görə, “Barbie” və “Oppenheimer” filmləri Rusiya filmlərindən fərqli olaraq “prezident Putinn ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması ilə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələrə uyğun gəlmir.
Qeyd olunub ki, Rusiyada filmləri hətta pirat prokatlarda da tapmaq mümkün deyil.