Tanınmış aparıcı Rövşanə Ağasəfqızının “Space” TV-dəki işinə xitam verilib.
Modern.az-ın məlumatına görə, bu barədə aparıcı özü bildirib. O, heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib.
Rövşanə Ağasəfqızı məzuniyyətdə olduğu sonuncü gündə işinə xitam verilməsinin onun üçün gözlənilməz olduğunu deyib.
Onun sözlərinə görə, "Space" TV-nin rəhbəri Vado Korovinin hansı səbəbdən belə bir addım atdığını bilmir.
Aparıcı sosial şəbəkədə yeni iş təkliflərini dəyərləndirməyə hazır olduğunu bildirib.
Televiziya aparıcısının məzuniyyət dövründə işdən uzaqlaşdırlması birmənalı qarşılanmayıb. Bəzi jurnalistlər bunu düzgün addm hesab etməyərək, "Space" rəhbərliyinin Rövşanə Ağasəfqızını bir ay öncədən xəbərdar etməli olduğunu bildiriblər.