Modern.az

Boş qalan yerlərə III seçim mərhələsinə başlanılır

Boş qalan yerlərə III seçim mərhələsinə başlanılır

Təhsil

1 Sentyabr 2023, 15:18

1 sentyabr tarixindən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

 

Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?