Modern.az

Milli Şura Hacıbala Abutalıbova MÜRACİƏT etdi: "20-ci sahə"dən imtina edilib

Milli Şura Hacıbala Abutalıbova MÜRACİƏT etdi:  "20-ci sahə"dən imtina edilib

13 Avqust 2013, 10:55

Milli Şura rəhbərliyi avqustun 18-ə təyin edilən ümumrespublika mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət göndərib. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinqlə bağlı müraciət artıq Bakı merinə təqdim edilib.

G.Aslanlı həmçinin bildirib ki, Milli Şura mitinq üçün H.Abutalıbovda 4 yer istəyib.

“Milli Şura mitinqin keçirilməsi üçün 4 yer təklif edib.  Mitinqi “Nərimanov” metrosunun qarşısı, “Dərnəgül” metrosunun qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısına keçirməyi təklif etmişik”-deyə bildirən MŞ üzvü icazəsiz mitinq keçirməyəcəklərini açıqlayıb.

“İndiki halda Milli Şura yalnız razılaşdırılmış mitinq keçirməyi qərara alıb. “20-ci sahə”ni təklif etsələr çox güman ki, orada mitinq keçirəcəyik”.

Qeyd edək ki, Milli Şuranın ötən gün keçirilən gərgin iclasında avqustun 18-də saat 17:00-da ümumjrespublika mitinqinin keçirilməsinə qərar verilib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı